Menu

İTKİN DÜŞMÜŞ HƏRBÇİLƏRİN MEYİTİ TAPILDI - Yenilənib

25.06.2015, 15:21

Esger-kolgesiMeyitlər qarşı tərəfdə minalanmış sahədə aşkar edilib

İyunun 23-də itkin düşmüş hərbçilərin meyiti tapılıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində, dağ-meşə şəraitində yolu azan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun axtarışları Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

İyunun 25-də hərbi qulluqçuların meyitləri qarşı tərəfdə minalanmış sahədə aşkar edilib.

Görülən tədbirlər nəticəsində cəsədlər ərazidən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

* * *

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) itkin düşən Azərbaycan hərbçilərinin tapılması faktı ilə bağlı məlumat yayıb.

Komitənin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, Azərbaycan dövlət qurumlarının xahişi ilə BQXK Azərbaycan və Ermənistanın razılaşdığı humanitar əməliyyatın keçirilməsi üçün neytral vasitəçi olub. Əməliyyat ölkələr arasındakı beynəlxalq sərhəddə həyata keçirilib. Əməliyyatın nəticəsi olaraq iyunun 23-də itkin düşmüş iki azərbaycanlı hərbçinin taleyinə aydınlıq gətirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol