«Associated Press» Agentliyinin yaydığı xəbərə görə, Pentaqon başçısı Eşton Karter dünən Brüsseldə NATO üzrə həmkarlarına müraciət edərək, onları kibermüdafiə işlərinə daha diqqətli yanaşmaya vaxt ayırmağa çağırıb (İnterfaks).
ABŞ müdafiə idarəsi başçısının fikrincə, NATO-da əvvəlcə kiberhücumlardan müdafiə qurulmalı, bundan sonra isə kiberməkanda özünün «hücum» imkanlarını artırmaq barədə düşünülməlidir.
Karter hesab edir ki, NATO-nun Estoniyadakı kibermüdafiə mərkəzi gələcəkdə nəinki nəzəri çalışmalarla məşğul olmalı, həm də kiberməkanda praktik müdafiə tədbirlərinin həyata keçirilməsi istiqamətində daha əhəmiyyətli rol oynamalıdır.
Xəbərdə qeyd olunur ki, NATO-nun bəzi ekspertləri və rəhbər şəxsləri Karterlə razı deyillər və hesab edirlər ki, kiberməkanda indidən başlayaraq müdafiə barədə yox, «hücum» barədə düşünmək lazımdır.
AzPolitika.info


Şərhlər