"Kiyev, Krıma suyu Ukrayna tərkibinə qayıdandan sonra verə bilər"
Ukrayna KİV-nin yaydığı məlumata görə, bu ölkənin Su ehtiyatları Agentliyinin başçısı İlona Ovçarenko bəyan edib ki, Şimali Krım kanalı ilə Krım yarımadasına suyun verilməsi yalnız yarımada Ukraynanın tərkibinə qayıdandan sonra texniki baxımdan mümkün ola bilər (Rosbalt).
Ovçareno «Uryadovıy kuryer» nəşrinə verdiyi müsahibədə deyib: «Mən Şimali Krımda dəfələrlə olmuşam, odur ki, bilirəm, Dneprin suyu olmasa, burada normal həyat mümkün deyil. Kanala qədərki dövrdə burada suyu ailə başına bir neçə vedrə hesabı ilə verirdilər. Ona görə də burada normal su təchizatı yalnız Krım Ukraynaya qaytarılandan sonra bərpa oluna bilər».
Məmurun sözlərinə görə, Krım hakimiyyət dairələri Ukrayna dövlət su Agentliyinin əmlakını və aktivlərini «milliləşdirib», bununla da kanalın işini bloklayıb: «Nəticədə... kanal vahid hidrotexniki qurğu kimi işləyə bilmir». Onun sözlərinə görə, Kiyev kanalın Krım hissəsinin iş qabiliyətliliyi barədə məlumata malik deyil.
Ovçarenko əlavə edib ki,2013-cü il üçün 1,7 milyonluq (qriven) borcun ödənilməsi məsələsi də hələlik açıq qalır.
Xatırladaq ki, Krımın suya olan tələbatının 85,0 faizi əvvəllər Dneprdən gələn Şimali Krım kanalı vasitəsilə ödənirdi. Bu su, əsasən, kənd təsərrüfatı təyinatı üzrə istifadə edilirdi. Krımın Rusiyaya birləşdirilməsindən sonra kanalla yarımadaya su verilişi tam dayanıb.
AzPolitika.info


Şərhlər