Menu

Bakı metrosunda seksual manyak tutuldu

13.01.2014, 10:54
Bakı metrosunda seksual manyak tutuldu

Ötən gün Bakı Metropolitenində insident yaşanıb. ANS PRESS-in məlumatına görə, “Dərnəgül” stansiyasından “Həzi Aslanov” stansiyasına hərəkətdə olan qatarda təxmini 21 yaşında olan bir nəfər gənc qadınlara yaxınlaşaraq onlara seksual xarakterli hərəkətlər edib.

Onun bu əməlini görən yaxınlıqdakı hadisə şahidləri onu tutaraq polisə təslim edib. Araşdırmalar zamanı Yusif adlı həmin şəxsin ruhi xəstə olduğu müəyyən olunub. Onun saxlanılaraq lazımı orqanlara verildiyi bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol