Menu

İlham Əliyev Teymur Məmmədova qızıl medal verdi - FOTOLAR

25.06.2015, 20:33
İlham Əliyev Teymur Məmmədova qızıl medal verdi - FOTOLAR

Bu, Azərbaycan idmançılarının Avropa Oyunlarında qazandığı 15-ci qızıl medaldır.

Prezident İlham Əliyev Bakı-2015 Avropa Oyunlarında kişilər arasında 81 kq çəki dərəcəsində boks yarışlarında qalib gələn idmançıların mükafatlandırma mərasimində iştirak edib. Anspress-in məlumatına görə, bu çəki dərəcəsində Azərbaycan boksçusu Teymur Məmmədov qalib gəlib. O, finalda italyan Manfredonia Valentinoya qalib gələrək qızıl medala sahib olub.

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının Avropa Oyunlarında qazandığı 15-ci qızıl medaldır.

Daha sonra himnimizin sədaları altında dövlət bayrağımız dalğalanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol