Ermənistan və dünyanın hər yerindən ermənilər İrəvandakı aksiyalara dəstək verir.
Ermənistanda elektrik tariflərinin qaldırılması ilə əlaqədar başlayan etirazlar səngimək bilmir. Tərəflərin mövqeyindən geri çəkilməməsi burada vəziyyətin kəskinləşəcəyindən xəbər verir. İki gündür ki, İrəvanın mərkəzini zəbt edən aksiya iştirakçılarına ölkənin və dünyanın hər yerindən ermənilərin dəstək verməsidir. Bu isə burada vəziyyətin kəskinləşəcəyindən xəbər verir. Artıq etirazlar paytaxtın mərkəzi meydanından çox kənara çıxır!
Ermənistanda elektrik enerjisi tariflərinin bahalaşmasına qarşı keçirilən etirazlar davam edir. Artıq ikinci gündür ki, İrəvanın mərkəzində barrikadalar qurulub. Nümayişçilər elan ediblər ki, aksiyalar tələbləri yerinə yetirilənə qədər davam edəcək.
Etirazlara qoşulmaq üçün əyalətlərdən də əhali İrəvana axışır. Paytaxtla yanaşı aksiyalar Sisiyanda, Vanadzorda, Gümrüdə, Spitakda, Aştarakda da keçirilir.
İşğal altındakı Dağlıq Qarabağda yaşayan ermənilər də “Talana yox!” aksiyasına dəstək verirlər. Xaricdə yaşayan ermənilər də fəallaşıb. Ermənistanın xaricdəki diplomatik nümayəndəlikləri qarşısında piketlər keçirilir. Bu arada fəalların həbsi barədə məlumatlar var.
Tiqran Madosyan adlı aksiya iştirakçısının tutulması barədə xəbər olsa da, polis bu məlumatı nə təsdiq, nə də təkzib edib. Nümayişləri Qərbin təşkil edib-etmədiyini söyləmək çətin olsa da, anti-Rusiya xarakteri daşıdığı görünür.
Əvvəla aksiya eletrik enerjisi tariflərinin qaldırılmasına qarşıdır. Ermənistanın elektriklə təmin edən şirkət Rusiyaya məxsusdur.
Ermənistan eletkrik şəbəkəsinin rəhbəri Rusiyanın təyin etdiyi Yevgeni Bibindi. Tarif onun müraciəti ilə qaldırılıb. İrəvanda ara qarışandan sonra Bibinin qeyri-müəyyən müddətə Moskvaya döndüyü söylənilir.
Ekspertlər düşünür ki, meydanda etiraz səsini qaldıranlar Ermənistan ictimaiyyətinin nümayəndələridir, konkret hansısa müxalif blokdan, partiyadan söhbət gedə bilməz.
Əsl səbəb isə ölkənin düşdüyü iqtisadi-sosial böhrandır. İqtisadçıların fikrincə, iqtisadi tənəzzül keçirən Ermənistan Avrasiya İttifaqına qoşulmaqla, Qərbin sanksiyaları ilə üzləşmiş Rusiyanın da böhranını üzərində hiss etməyə başlayıb. Çətinliyi gündəlik həyatında, yaşayış şəraitində hiss edən sadə Ermənistan vətəndaşının səbri yeni bahalaşma qərarı ilə daşdı.
Ermənistanın dövlət təhlükəsizlik komitəsinin keçmiş rəhbəri David Şahnazaryan vəziyyəti belə izah edib:
“Əslində Ermənistan hökuməti bu qərarı verməklə Rusiyanın Ermənistandakı korrupsiyalaşmış sisteminin maraqlarını müdafiə edib. Ölkəmizin iqtisadiyyatının əhəmiyyətli hissəsini Rusiyanın dövlət şirkətləri idarə edir. Hansı ki, onların prioritetlərini biznes deyil, siyasi məqsədlər və korrupsiya maraqlandırır və onların əsas məqsədi odur ki, Ermənistanı maliyyə cəhətdən sıxsın və vətəndaşları ölkədən mühacirətə sürükləsin”.
Ermənistan icmaiyyətində Rusiyaya qarşı xüsusi münasibət olmayıb, çünki ayrı-ayrı vaxtlarda böyük qardaşın dövlət nümayəndələri belə açıq şəkildə Ermənistanı Rusiyanın Qafqazdakı nümaynədəliyi adlandırmaqdan belə çəkinməyiblər.
Ermənilərin ruslara aqressiyası Gümrü hadisələrindən sonra daha qabarıq şəkildə göründü. Rusiya hərbçisi Valeri Permyakovun bir ailənin 7 üzvünü qətlə yetirməsindən sonra başlanan toqquşmalar, Rusiya bazasının Gümrüdən çıxarılması həddinə qədər çatdı.
İyunun 19-dan başlanan etirazlarla Qərb vəziyyəti maksimum dərəcədə öz xeyrinə dəyişmək istəyir. Aksiyalarda hələ ki, lider görünmür. Siyasi ekpertlər belə düşünür ki, qərb Raffi Ovanisyana "stavka" edəcək. "İrs" partiyası lideri son prezident seçkilərində səslərin 36,75%-ni toplamışdı.
Onun qərbmeyilli olması heç kimə sirr deyil. Kim olmasından asılı olmayaraq Qərb istənilən şəxsə dəstək verə bilər. Yetər ki, Ermənistanı Rusiyanın anklavından, siyais-iqtisadi maraq dairəsindən çıxarsın.


Şərhlər