Menu

"2 günə 59 dәst medal veriləcək" - Azad Rəhimov

26.06.2015, 11:44
"2 günə 59 dәst medal veriləcək" - Azad Rəhimov

Nazirin sözlərinə görə, Avropa Oyunlarına tamaşaçı marağı olduqca böyükdür.

"Sevinirik ki, medallar üzrə reytinq cədvəlində ikinci yer indiyәdək bizdәdir".

Anspress-in məlumatına görə, bunu gәnclәr vә idman naziri Azad Rәhimov bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlәrinә görә, 12 gün әrzindә Azәrbaycan reytinqdә 2-ci yerdә qalıb.

Nazir xatırladıb ki, dünәn Azərbaycan 6 medal qazanıb. Onlardan 1 qızıl, 2 gümüş, 3 bürünc olub.

"Әnәnәvi idman növlәri sahәsindә gözlәnilәn nailiyyәtlәrdәn savayı, dünәn qılıncoynatmada böyük qәlәbә oldu. Tamaşaçı marağı da bizi sevindirir. Yerlәrin 70-80 faizi tutulub. Tamaşaçılar bilet alıb oyunları izləyirlər".

A.Rəhimov oyunların keçirilməsində mәqsәdlәrdәn birinin Azәrbaycanın dünyaya tanıdılması olduğunu deyib. Bu isə әsasәn yayım vasitәsi ilә aparılır. Oyunlar dünyanın 145 ölkәsinә yayımlanır, 824 milyon mәnzildә izlәnilir. Açılış mәrasimi 120 ölkәdә canlı yayımlanıb.

Onun sözlərinə görə, bu günə kimi 253 medal dəstindən 194 medal qazanılıb. 59 dәst medal 2 gün әrzindә idmançılara tәqdim olinacaq.

Xatırladaq ki, I Avropa Oyunlarının açılış mərasimi iyunun 12-də olub. Ayın 28-də isə yarışlara yekun vurulacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol