Menu

ABŞ, Suriya əhalisinə 360 milyon dollar yardım ayıracaq

26.06.2015, 23:59
ABŞ, Suriya əhalisinə 360 milyon dollar yardım ayıracaq

Xarici KİV-n məlumatına görə, Vaşinqton Suriyadakı münaqişədən zərər çəkmiş əhaliyə 360 milyon dollarlıq yardım ayırmaq qərarına gəlib. Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında söhbət açılır (İnterfaks).

«Yeni vəsait ayrılması 2015-ci ildə Suriya və bütövlükdə, bölgə üçün 8,4 milyard dolların toplanması istiqamətində BMT-nin çağırışına qismən cavab olacaq. Təəssüf ki, hətta bizim bü gün ayırdığımız yardım fonunda belə, BMT-nin sorğusu təmin olunmamış qalır» - deyə, bəyanatda qeyd olunur.

Vəsaitin bir hissəsi BMT-nin müxtəlif proqramlarının dəstəklənməsinə və Suriyadakı qeyri-hökumət təşkilatlarının işinin təminatına yönəldiləcək.

Qərb KİV-i yazır ki, beləliklə, münaqişənin əvvəlindən Suriya əhalisinə ABŞ-ın yardımının ümumi həcmi 4 milyard dollara çatıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol