Menu

Yunanıstan referenduma gedir

27.06.2015, 10:19
Yunanıstan referenduma gedir

Yunanıstanın Baş naziri Alexis Tsipras, kreditorların son təklifinə dair yekun qərarı xalqın verəcəyini açıqlayıb.

Təkliflərin Yunan xalqını alçaltdığını iddia edən Tsipras, İyulun 5-də referendum keçiriləcəyini deyib.

Danışıqların davam etməsi səbəbindən adını vermək istəməyən bir AB rəsmisinin bildirdiyinə görə, kreditorlar, Yunanıstana 5 ay möhlət və 15.5 milyard avro (17.3 milyard dollar) kredit təklif ediləcək.

Merkel təklif haqqında "Kreditorlar danışıqlarda güzəştə gedib, Yunanıstan da eynisini etməlidir. Tsiprası təqdim olunan "səxavətli təklifi" qəbul etmələri üçün ruhlandırdım" deyib.

Tsipras isə, "Avropa prinsipləri şantaj etməyi nəzərdə tutmur. Hökumətimiz ultimatumları rədd edir, Avropa dəyərləri üçün mübarizəni davam etdirəcəyik" şəklində danışıb.

ABŞ-ın Xəzinə naziri Lew "Yunanıstanın təcili "dərman" içməsi lazımdır. Qlobal iqtisadiyyatın yeni bir şoka ehtiyacı yoxdur" şərhini verib.

Almaniya Kansleri Angela Merkel, Yunanıstan ilə bağlı bu gün keçiriləcək görüşlərin, vaxtın bitməsi ilə bağlı olaraq "həlledici" olacağını bildirmişdi. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol