Menu

Boksda daha bir medal qazandıq

27.06.2015, 20:12
Boksda daha bir medal qazandıq

Xaybula Musalov finalda 22 yaşlı irlandiyalı Maykl O Reylli ilə qarşılaşıb.

Birinci Avropa Oyunlarında boks üzrə yarışların sonuncu mərhələsi başa çatıb. Anspress-in məlumatına görə, Azərbaycanı 75 kq çəki dərəcəsində təmsil edən boksçu Xaybula Musalov bu gün final görüşünə çıxıb.

İdmançımız Avropa Oyunlarının qızıl medalına yiyələnmək üçün finalda 22 yaşlı irlandiyalı Maykl O Reylli ilə qarşılaşıb. Maraqlı və gərgin keçən görüş 2:1 hesabı ilə boksçumuz məğlub olub və gümüş medala yiyələnib.

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının Avropa Oyunlarında qazandığı 20-ci qızıl medaldır. Bokçularımızın payına isə 5 qızıl medal düşür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol