Menu

Bu gün Bakının mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

28.06.2015, 10:50
Bu gün Bakının mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə növbəti dəfə xəbərdarlıq edib

Bu gün Bakının küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Bakı 2015 İlk Avropa Oyunlarının bağlanış mərasimi ilə əlaqədar bu gün saat 16:00-dan növbəti gün gecə saat 02:00-dək paytaxtın Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu körpüsünədək və Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissələrində nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

Qeyd olunan müddət ərzində hava hava limanı istiqamətinə getmək istəyən sürücülər alternativ yol kimi Zığ yolundan (beton yol), cənub istiqamətindən gələnlər paytaxta daxil olmadan Xocahəsən yolu ilə Xırdalan dairəsi, oradan isə Binəqədi, Balaxanı, Zabrat və Buzovna qəsəbələrindən keçməklə Mərdəkan-aeroport yoluna, qərb və şimal istiqamətindən gələnlər də Xırdalan dairəsindən eyni marşrut üzrə rahat və fasiləsiz hərəkət edə biləcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol