Menu

NATO Monteneqronu tərkibinə qəbul edir

29.06.2015, 09:09
NATO Monteneqronu tərkibinə qəbul edir

Monteneqro ilin sonunadək NATO-nun üzvü ola bilər.

APA-nın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, ölkədə ilk dəfədir ki, NATO-ya üzv olma tərəfdarlarının sayı üstünlük təşkil edib.

Strategic Marketing agentliyinin sorğusuna əsasən, rəyi soruşulanların 47%-i ölkənin Şimali Atlantika Alyansına üzv olmasını dəstəkləyib.

Qeyd edək ki, Slovakiyanın paytaxtı Bratislavada keçirilmiş GLOBSEC təhlükəsizlik forumunda Böyük Britaniyanın baş naziri Devid Kemeron Monteneqronun NATO-ya daxil olmasının zəruriliyini vurğulamışdı.

NATO-nun baş katibi Yens Stoltenberq isə Monteneqronun Alyansa üzvlük məsələsinin 2015-ci ilin dekabrında həll olunacağını bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol