Rauf Arifoğlu İsaq Əvəzoğlununun məqaləsinə görə Əli Kərimlini ittiham etdi
AXCP Mətbuat Xidmətinin keçmiş rəhbəri, hazırda Ukraynada yaşayan İsaq Əvəzoğlununun AzPolitika.info-ya göndərdiyi məqaləsinə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu müsavat.com saytında cavab verib.
Rauf Arifoğlu İsaq Əvəzoğlunun dünən gecədən əlində yazı, bütün saytlara baş vurduğunu, ancaq heç kimin çap etmədiyini bildirərək, onun Bakıdan təzə döndüyünü iddia edib. Və hələ də "Yurd çu olduğunu vurğulayaraq, yazıya görə AXÇP sədri Əli Kərimlini ittiham edib: "Burada sahibi onu təlimatlandırıb və yazını əlinə verib, göndərib ki, get oradan "nervilənif" bunu yollarsan saytlara...
...İndi bu nə mənəviyyatdır? Bu nə rəzillikdir, Əli Kərimli? Səni və adamlarını bu iqtidardan, onun video görüntü terrorundan müdafiə edən bir qəzeti hədəfə aldığın yetmir, indi də öz aləmində gəlib guya mənim Mərdəkandakı evimi çəkib, öz aləmində məni şantaj edirsən? Əli Kərimli! Sən nə günə qalmısan! Özünü haraya qədər buraxmısan! Ev-eşik güddürürsən, qapı pusdurursan. Sənə ar olsun... Mən sənin evinin, mülkünün haqqında gedən o yazını dərc etmədim, qarşılığı budurmu? Yazdırmısan ki, Mərdəkanda villası var. Mərdəkanda evi, villası, hətta tövləsi olanın da ata-ba-atasına lənət olsun! Bunu bilib-bilməyərək yazanın da!
Lap bir də var! 10 dənədir, heç bir də deyil. Allah olmayanlara da nəsib etdin. 25 ildir qəzet redaktoruyam, 26 ildir siyasətdəyəm, müharibədə olmuşam, batalyonlar, özünümüdafiə dəstələri və həmin zamanlar bir dənə də qəzet qurmuşam... İndi də günün 18 saatını işləyirəm. 2005-in aprel ayından 2012 -nin may ayına qədər qəzetimin hər ay gəliri 10-12 min manat olub. Bəzən hətta 20 min qazançımız olan ay yaşamışıq! Düz 5 il 11 ay gəlirlə işləmişik. Və bütün bunlar şəffafdı, sənədlidi! Tiraj məlum, satış məlum, dövriyyə məlum. Evim, bağım, maşınım olmasın, istədiyin və təklif etdiyin bumu? Ölkənin ən böyük qəzetində 61 nəfər müxalifətçi ailəsinin təmsilçisi işləyir. Babat da maaş alırlar. Dostlarımı da bilirsən, hansılar ki, bəzilərini sənə tapşıranda gözünü qırpmadan onlardan yazmamaq üçün məndən açıq tekstlə rüşvət istəmisən! (Burada hələlik “stop” edirəm, bir daha qayıdacam bu mövzuya).
Bəs sən? Sənsə 21 ildi işləmirsən! O halda, sənin bu villan, milyonların, 250 min manata aldığın qərargahın haradandır? Üstəlik, ayda 2500 manat kirayə verib, ikinci bir qərargah da saxlayırsan.

(Əli Kərimlinin villası)
Buna bir cavab ver! Sən prezident olmaq istəyirsən? Səndən heç babat güdükçü də çıxmaz. Şüşə arxasında oturub, mənə daş atırsan. Necə də bədbaxtsan!
Əli Kərimlinin yaydığı digər şəkil mənim Daxili İşlər Nazirliyindən çıxarkən 5 il öncə xüsusi xidmət orqanları tərəfindən lentə alınmış və məni gözdən salmaq üçün iqtidar mediasında yayılan videodan götürülüb. Guya böyük bir ifşa həyata keçiriblər! Xüsusi xidmət orqanları ilə ortaq layihədəsənmiş, xəbərimiz yoxdur? Lakin çifayda. Həmin vaxt bu təxribatın da açıqlaması oldu, təkrar edim, oxucular bir də xatırlasınlar.
İl 2008. Yazarımız Mahal İsmayıloğlunun məhkəməsinin son aşaması idi; bir polis zabiti və onun evində işləyən bir xanım Mahal bəydən şikayətdə bulunmuşdu. Yazarımızı həbs edəcəkdilər –plan bu idi. İki gün israrla görüş istədim. Nəhayətdə, onu aldım, nazir Ramil Usubovla görüşdüm, ondan prosesə müdaxilə etməsi xahişində bulundum... Nəticədə yazarımız həbsdən qurtuldu və mən həmin görüşdən gəlib, birbaşa Mahalla görüşdüm, məlumat verdim. Bu da şəffafdı yəni. Lakin bilməzdim ki, video-foto kompromatlaradan nəsibini bol-bol almış Əli Kərimli və ətrafının “agent” damarı da varmış".
Rauf Arifoğlu ölkədə hər hansı bir nazirlə, prezidentlə görüşməkdə heç bir qəbahət görmədiyini, burada heç bir xəyanət motivi olmadığını bildirib.
Baş redaktor sonda Əli Kərimliyə qarşı ağır ifadələr işlədib: "İsaq Əvəzoğlunun yazısında əslində çox adam təhqir olunub. Müsavat başqanı, onun ailə üzvləri, Eldar Namazov, Arif Hacılı, Arzu Səmədbəyli, Vurğun Əyyub və sair. Müsavat başqanı Əli Kərimlini, onun oğlunu iqtidardan müdafiə edir, cinayətə görə həbs olunmuş qayı ilə bağlı bəyanat verir, dünyaya car çəkib, onun azadlığını tələb edir. Əli Kərimli isə İsaqın dili ilə başqanın övladlarına dair işverənlik edir, yaramaz ifadələr işlədir...
Qınamaqdan, ayıb olsun deməkdən də keçib eee.
Ayrı şey olsun..."


Şərhlər