Menu

İsrail fələstinli məhkumu azad edəcək

29.06.2015, 11:13
İsrail fələstinli məhkumu azad edəcək

İsrail 55 gün ərzində aclıq aksiyası keçirmiş fələstinli məhkumu azad etməyə razı olub. Rəsmilər məhkumun sağlıq vəziyyətinin ciddiləşməsindən sonra bu qərarın verildiyini bildiriblər.

37 yaşlı Xader Adnan artıq aksiyanı dayandırıb və qida qəbul edəcək. İki həftə ərzində isə o, azad ediləcək.

Fələstinli Məhbusların Klubun sədri Qadoura Fares cənab Adnanla "razılığın əldə edildiyini" və onun iyulun 12-də azadlığa buraxılacağını deyib, Reuters xəbər verir.

İsrailin Haaretz qəzeti də bu faktı təsdiqləyib və Xader Adnanın hazırda xəstəxanada olduğunu yazıb.

Cənab Adnan İsrail hökuməti tərəfindən dəfələrlə həbs edilib. Sonuncu həbs isə, 2014-cü ilin iyulunda baş vermişdi.

O, "inzibati qaydaya" uyğun olaraq həbs edilmişdi. Bu qayda İsrail hökumətinə fələstinli "şübhəliləri" məhkəmə qərarı belə olmadan 6 ay həbsxanada saxlamağa imkan verir. İsrailin bu addımları hüquq müdafiəçiləri tərfindən tənqid edilir.

İsrail hökuməti İslami Cihad üzvünün təhlükəsizliyə təhdid olduğunu bəyan edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol