İyulun 1-dən etibarən Bakı-2015 I Avropa Oyunları ilə əlaqədar akkreditasiyadan keçmiş şəxslər üçün metro ödənişli olacaq.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, qatarlarda ingilis dilində anonslar saxlanılacaq.
Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, artıq Avropa Oyunları bitdiyi üçün Bakı metrosu əvvəlki iş qrafikinə keçib.
“Metro bu gündən etibarən saat 6:00-dan 12:00-a kimi işləyəcək. Avropa Oyunları bitdiyi üçün akkreditasiyadan keçmiş jurnalistlərə və könüllülərə metroda gediş haqqı əvvəlki qaydada pullu olacaq”.
Qeyd edək ki, Bakı-2015 I Avropa Oyunları zamanı metro gücləndirilmiş iş rejimində işləyib.
Belə ki, Oyunlar zamanı metro səhər saat 05.00-dan gecə saat 02.00-a qədər işləyib. Avropa Oyunları ilə əlaqədar akkreditasiyadan keçmiş şəxslər üçün metro pulsuz olub.


Şərhlər