Menu

"İŞİD yeni terror aktlarına hazırlaşır"

29.06.2015, 16:20
"İŞİD yeni terror aktlarına hazırlaşır"

İslam Dövləti yaraqlıları Böyük Britaniya və digər ölkələrə qarşı dəhşətli aktlar planlaşdırır.

Bunu Böyük Britaniyanın baş naziri David Cameron deyib.

O iyunun 29-da BBC-ə müsahibəsində bildirib ki, nəqədər ki, İslam Dövləti qrupu mövcuddur, biz təhlükədəyik.

İslam Dövləti yaraqlılarının bundan bir gün əvvəl Tunisdə törətdikləri hücum nəticəsində azı 30 britaniyalı da daxil olmaqla onlarla turist ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol