Menu

Çernoqoriya NATO-ya «ideal namizəd» oldu

29.06.2015, 17:18
Çernoqoriya NATO-ya «ideal namizəd» oldu

«Kommersant» qəzeti öz məbələrinə istinadla xəbər verir ki, böyük ehtimalla, Çernoqoriyanı artıq bu ilin dekabrında NATO-ya dəvət edəcəklər (İnterfaks.ru).

Qəzet yazır: «NATO öz üzv dövlətlərinin sayını Çernoqoriyanın hesabına genişləndirə bilər».

NATO-ya üzv dölətlərdən birinin Balkanlarla məşğul olan diplomatik nümayəndəsi qəzetə bildirib ki, indi Çernoqoriya ideal namizəddir. Onun sözlərinə görə, yaxın gələcəkdə dirgər heç bir dövlət NATO-ya daxil olmaq üçün real şansa malik deyil.

«Kommersant»ın yazdığına görə, Bratislavada keçirilən «GLOBSES» ümumdünya təhlükəsizlik forumunda Çernoqoriyaya açıq-aydın siqnal göndərildi: NATO-ya növbəti üzv məhz o olacaq.

«Çernoqoriyanın NATO üzvü olması üçün tutarlı səbəblər var» - deyə, Böyük Britaniyanın Baş naziri Devid Kemeron qeyd edib.

Slovakiyanın NATO-dakı nümayəndəsi Tomaş Valaşek isə deyib: «Çernoqoriyaya mütləq dəvət gələcək».

«Kommersant» xəbər verir ki, bu günlərdə alyansın baş katibi Yens Stoltenberq Çernoqoriyanın təşkilata qəbulu barədə qərarın dekabrda veriləcəyini təsdiqləyib.

Qəzet yazır ki, «GLOBSES»-in Bratislavadakı forumunda Çernoqoriyanın Baş naziri Milo Djukanoviç ölkəsində aparılmış sosial sorğunun nəticələrini elan edib. Nəticələrə görə, bu ölkədə NATO-ya üzv olmağın tərəfdarlarının sayı ilk dəfə, əleyhdarlarının sayını ötüb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol