Menu

Kanadadan Rusiyaya qarşı yeni sanksiya

30.06.2015, 01:59
Kanadadan Rusiyaya qarşı yeni sanksiya

Kanada Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq edib. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Kanadanın baş naziri Stiven Harper məlumat verib.

O bildirib ki, sanksiyalar 3 Rusiya vətəndaşına və 14 hüquqi şəxsə şamil edilib.

Hökumət başçısı həmçinin Rusiyanın Krımı işğal etməsinə görə Moskva barəsində idxal-ixrac məhdudiyyətlərinin tətbiq olunacağını da diqqətə çatdırıb.

“Biz öz partnyorlarımızla prezident Vladimir Putini Ukraynanın şərqinə müdaxiləni dayandırmağa və separatçılara hərbi dəstəyə son qoymağa çağırırıq”,-deyə Stiven Harper bildirib

Lakin o, sanksiya tətbiq edilən şəxs və şirkətlərin adlarını açıqlamayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol