Menu

Türkiyə XİN Çində uyğurlara qarşı təzyiqlərdən narahatlığını bildirib

30.06.2015, 16:23

cin_uygur_olaylariTürkiyə Xarici İşlər Nazirliyi Çinin Sincan (Sintszyan) Uyğur Muxtar Bölgəsində uyğur türklərinə qarşı təzyiqlərlə bağlı bəyanatla çıxış edib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, bəyanatda deyilir ki, Türkiyə ictimaiyyəti uyğur türklərinin oruc tutması və digər ibadətlərini yerinə yetirməsinin qadağan olunması ilə bağlı xəbərləri üzüntü ilə qarşılayıb: “Ərazi bütövlüyünə, sabitliyinə və təhlükəsizliyinə önəm verdiyimiz Çin Xalq Cümhuriyyətindən gələn məlum xəbərlərdən duyduğumuz dərin narahatlıq Çinin Ankaradakı səfirliyinə də çatdırılıb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol