Menu

Yəməndə həbsxanadan 1200 dustaq qaçıb

01.07.2015, 01:44
Yəməndə həbsxanadan 1200 dustaq qaçıb

Yəmənin Tais şəhərində həbsxanadan, “Əl Qaidə” terror təşkilatının silahlıları daxil olmaqla, 1200 dustaq qaçıb.APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, insident Taiş şəhər həbsxanası qarşısında baş vermiş toqquşmalar zamanı baş verib.

Yerli mənbələrə əsasən, yerli “Əl-Qaidə” tərəfdarları həbsxanaya hücum edib. Yəmənin təhlükəsizlik xidmətinin nümayəndəsi dustaqların kütləvi şəkildə həbsxanadan qaçmasını təsdiqləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol