Bir neçə gün öncə Almaniyada xəstəlik nəticəsində vəfat edən azərbaycanlı qrossmeyster Vüqar Həşimovla vida mərasimi keçirilir.

ANS PRESS-in məlumatına görə, şahmatçı ilə vida mərasimi Respublika Şahmat Mərkəzində təşkil edilib. Artıq insanlar Şahmat Mərkəzinə axın edərək sevimli şahmatçı ilə vidalaşmağa tələsirlər. Mərasim saat 15.00-dək davam edəcək. Şahmatçı ikinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanan Vüqar Həşimov 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.

Beynəlxalq dərəcəli qrossmeyster bu il yanvarın 11-də Almaniyanın Heydelberq şəhərindəki klinikada dünyasını dəyişib.

Allah rəhmət eləsin!