Terrorçuların olduğu evdən 40 qumbara, 15 kq partlayıcı maddə və çox sayda silah aşkarlanaraq götürdüklüb.
“Əl Qaidə” terror təşkilatının Pakistandakı lideri “Abdali” kod adlı terrorçu keçirilən əməliyyat zamanı öldürülüb. Anspressin məlumatına görə, bu barədə Pencab əyalətinin daxili işlər naziri Şuja Xanzadə məlumat verib. Xanzadə, əyalətin paytaxtı Lahorda keçirdiyi mətbuat konfransında bazarertəsi səhəri Şekihpura bölgəsində bir evə əməliyyat keçirdiklərini bildirib. Əməliyyat zamanı 4 terrorçunun məhv edildiyini deyən nazir evdən 40 qumbara, 15 kq partlayıcı maddə və çox sayda silah aşkarlayaraq götürdüklərini bildirib.
Qeyd edək ki, 2014-cü ilin may ayında Kəraçi beynəlxalq hava limanı taliblərin hücumuna məruz qalmış və 29 nəfər qətlə yetirilmişdi. Bundan sonra 2014-cü ilin iyun ayından Pakistan ordusu terrorçulara aid sığınacaqların olduğu Şimali Vəziristanda hərbi əməıliyyatlara başlayıb. Pakistan talibanı isə bu əməliyyatlara cavab olaraq dekabr ayında Peşavərdə məktəblərdən birinə hücum edərək 130-dan çox şagirdi güllələyərək öldürmüşdü.


Şərhlər