Menu

Rusiya və İran prezidentləri Ufada görüşəcək

03.07.2015, 01:41
Rusiya və İran prezidentləri Ufada görüşəcək

Rusiyanın Ufa şəhərində Rusiya dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında görüş keçiriləcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, görüş Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRİKS təşkilatına üzv olan ölkələrin gələn həftə keçiriləcək sammiti çərçivəsində baş tutacaq.

“Rusiya və İran prezidentlərinin görüşü həqiqətən gözlənilir. Hazırda görüşə hazırlıq işləri gedir”, deyə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

Qeyd edək ki, ŞƏT və BRİKS sammitləri Rusiyanın sədrliyi ilə keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol