Menu

Külək sabahdan mülayimləşəcək

04.07.2015, 12:43
Külək sabahdan mülayimləşəcək

Bakıda müşahidə olunan güclü şimal küləyi iyulun 5-dən mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, iyulun 5-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək.

Paytaxtda havanın temperaturunun gecə 20-25, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində iyulun 5-də hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 22-27, gündüz 34-39, dağlarda gecə 15-20, gündüz 25-30 isti olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol