Menu

Etibar Hüseynovu, nəhayət, televiziyadan uzaqlaşdırdılar

14.01.2014, 20:45
Etibar Hüseynovu, nəhayət, televiziyadan uzaqlaşdırdılar

"Sitatın sonu" bağlanır...

Musavat.com xəbər verir ki, deputat Etibar Hüseynov özünün Facebook profilində maraqlı bir status paylaşıb. Həmin statusdan belə məlum olur ki, jurnalist kökənli deputatın ATV-dəki “Sitatın sonu” adlı müəllif proqramını qapadıblar. Etibar Hüseynov bu proqramda müxalifət tanınmışlarını tənqid və əsasən də təhqir edirdi.

Jurnalist-deputatın sitatı belədir: “Artıq 4- cü həftədir ki, ATV heç bir səbəb söyləmədən "SİTATIN SONU"nu proqram “setka”sından çıxarıb. Və mən də 4 həftədir ki, bunun səbəbini soruşmaq üçün bir başıpapaqlı tapa bilmirəm. Qulu Məhərrəmlinin sözü olmasın, elə bil dədələrinin xarabalarında hiss edirlər özlərini…"

Qeyd edək ki, Etibar Hüseynovun televiziyadan uzaqlaşdırılmasına yəqin ki, öz yaxınlarından başqa heç kim təəssüflənməyəcək. Bununla telekanallarımız və jurnalistikamız da heç nə itirməyəcək. Onsuz da səsi və təhqirləri ilə insanların zəhləsini tökən Etibar Hüseynova qulaq asan da yox idi. Bu baxımdan ATV-nin rəhbərliyini alqışlamaq lazımdır.

Murad

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol