Xarici KİV-in yaydığı məlumata görə, dünən (bazar günü) Kişinyovda bir neçə yüz insan Rumıniya ilə birləşmək tələbi ilə meydana çıxıb (Rosbalt).
Aksiyanın təşkilatçısı qismində, Moldovanın Rumıniya ilə birləşməsinin tərəfdarı olan Actiunea 2012 ictimai platforma və Milli birlik bloku (MBB) çıxış edib («İnterfaks»).
Qeyd edək ki, aksiya təşkilatçıları tədbirə 25 mindən artıq insanı cəlb etməyi planlaşdırıblarmış.
MBB-nin üzvü Konstantin Kodryanunun verdiyi məlumata görə, yürüşü Moldovanın böyük hökmdarı «Ştefan çel Mare»-nin şərəfinə onun adı ilə adlandırıblar. Çel Marenin xatirəsi həm Moldovada, həm də Rumıniyada eyni hörmətlə yad edilir. O, 47 il ərzində (1457-1505) Moldova knyazlığının hökmdarı olub.
Mitinq başa çatandan sonra iştirakçılar Rumiıniyanın paytaxtı Buxarest şəhərinə yollanmağı nəzərdə tutublar.
AzPolitika.info


Şərhlər