Menu

Xaçmazda taksi sürücüsü qətlə yetirilib

07.07.2015, 11:24

qetl_qan_el_sekli_00Xaçmaz rayonunda qətl hadisəsi törədilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz rayonunun Nabran qəsəbəsində qeydə alınıb. Xaçmaz şəhər sakini, 1989-cu il təvəllüdlü Məmmədov Famil Fərhad oğlu qətlə yetirilib. O, bıçaqlanaraq öldürülüb. Qətlə yetirilən şəxs taksi sürücüsü kimi fəaliyyət göstərib.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol