Bu gün saat 12-də Cəlilabadda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli təmsilçiliyinin binası qarşısında 500-ə yaxın vətəndaş etiraz aksiyası keçirib. Hazırda da aksiya davam etməkdədir. Aksiyaya səbəb nazirliyin ünvanlı sosial yardım almaq istəyən vətəndaşların sənədlərini qəbul etməməsidir. Aksiya iştirakçılarından aldığımız məlumata görə, vətəndaşlara müraciət üçün vaxtın artıq bitdiyini bildiriblər. Aksiyaçıların yaxınlıqda yerləşən Cəlilabad rayon İcra Hakimiyyətinin binası qarşısına üz tutması əraziyə polis əməkdaşlarının cəlb olunmasına səbəb olub. Polislər öncə aksiya iştirakçılarını ərazidən uzaqlaşdırmağa çalışsalar da, əhalinin böyük təpkisi nəticəsində buna nail olmayıblar. Hazırda nazirliyin binası önündə toplaşan aksiyaçıları polis kənardan müşahidə etməklə məşğuldur.(azadlıq.info)
Cəlilabadda sosial yardım qiyamı

Şərhlər