Menu

“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ yoxdur”

07.07.2015, 19:45

qarabagİrəvanda səfərdə olan Avropa İttifaqının Cənub Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Herbert Zalber Ermənistan xarici işlə naziri Edvard Nalbandyanla görüşüb.

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərilən səylər müzakirə olunub.

Tərəflər münaqişənin həlli ilə bağlı Riqa sammitinin bəyannaməsində göstərildiyi kimi ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərinə və 2009-cu ildən bəri onların verdiyi bəyanatlara diqqət yetiriblər.

Aİ-nin xüsusi nümayəndəsi qeyd edib ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ yoxdur. H. Zalber təmsil etdiyi qurumun ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlara dəstək verdiyini bir daha təsdiqləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol