Menu

Dünyadakı bütün uşaqlar pulsuz təhsil ala bilər: “hərbi xərclər 8 günlüyə kəsilsin”

08.07.2015, 10:25
Dünyadakı bütün uşaqlar pulsuz təhsil ala bilər: “hərbi xərclər 8 günlüyə kəsilsin”

Nobel Sülh Mükafatı laureatı Malala Yousafzai iyulun 7-də dünya liderlərini çağırıb ki, dünyadakı bütün uşaqların pulsuz təhsilə çıxışını maliyyələşdirmək üçün “hərbi xərclər 8 günlüyə kəsilsin”.

Laureatın qeyri-kommersiya qrupu olan Malala Fondunun araşdırmasına görə, hər il məktəb xərclərinin ödənməsinə 39 milyard dollar lazımdır. Osloda BMT-nin təhsil sammitinə danışan Malala iyulun 7-də deyib ki, 39 milyard təkcə 8 gün ərzində hərbi xərclərə gedir.

İyulun 12-də Malala-nın 18 yaşı tamam olur. O, iyunda Dünya Bankının prezidenti Jim Yong Kim-lə görüşüb, bu ilin sonuna elan ediləcək “Davamlı İnkişaf Məqsədləri” rəsmi paketini müzakirə edib.

Malala iyulun 7-də deyib ki, “orta təhsil də bu məqsədlər sırasındadır və təmin olunacaq”. /"Azadlıq" radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol