Menu

Azərbaycanda 12 tona yaxın çətənə kolu məhv edilib

08.07.2015, 15:05
Azərbaycanda 12 tona yaxın çətənə kolu məhv edilib

Bir neçə rayonda yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Gədəbəy RPŞ əməkdaşları tərəfindən şəhər ərazisində çəkisi 620 kiloqram olan 554 ədəd, Zaqatala RPŞ əməkdaşları tərəfindən Yengiyan kəndi ərazisində çəkisi 8 ton 625 kiloqram olan 5750 ədəd, Ağdaş RPŞ əməkdaşları tərəfindən Mürsəl kəndi ərazisində çəkisi 2 ton 370 kiloqram olan 8014 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol