Menu

Bakı Yay Olimpiya Oyunlarına namizəd oldu

08.07.2015, 15:38
Bakı Yay Olimpiya Oyunlarına namizəd oldu

Azərbaycan Milli Olimpiya Komitəsi 2024-cü il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Bakının namizədliyini irəli sürüb.

Bu barədə azvision.az İTAR-TASS-a istinadən xəbər verir.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) namizəd şəhərlərin ərizələrini yanvarın 15-indən qəbul etməyə başlayıb. Ərizələrin qəbulu sentyabrın 15-nə qədər davam edəcək. 2017-ci il BOK-un Perunun paytaxtı Limada keçiriləcək 130-cu sessiyasında 2024-cü il Olimpiya Oyunlarının keçiriləcəyi şəhərin adı açıqlanacaq.

Olimpiyadanın keçirilməsi uğrunda Roma, Hamburq, Boston, Paris və Bakı mübarizə aparacaq. Yaxın zamanlarda İstanbul və Budapeştin də öz namizədliyini irəli sürəcəyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol