Xarici KİV-in yaydığı məlumata görə, Türkmənistan hökumətinin məlumat portalı xəbər yayıb ki, «Qazprom» ilin əvvəlindən Türkmənistandan aldığı qazın pulunu ödəmir (İnterfaks.ru).
«Rusiyanın «Qazprom» məhdud məsuliyyətli cəmiyyəti (MMC) dünya iqtisadi böhranının və qərb dövlətləri tərəfindən Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların davam etməsi səbəbindən dolayı, təbbi qaz alqı-satqısı barədə bağlamış olduğu müqavilələr üzrə ödəniş etmək iqtidarında deyil (ödəniş qabiliyyətli deyil - red.). «Qazprom» MMC 2015-ci ilin əvvəlindən «Türkmənqaz» Dövlət Şirkətindən almış olduğu təbii qaza görə olan borcunu ödəmir»-deyə, hökumət portalı xəbər verir.
Bəyanatda Türkmənistanın sahə üzrə hər-hansı rəsmi nümayəndəsinə istinad olunmayıb. «Qazprom» isə bu məlumatı şərh etmir.
Bildirək ki, 2009-cu ildən başlayaraq, «Qazprom»un Türkmənistandan qaz alışı həcmi ildə 10 milyard kubmetr səviyyəsində stabilləşib. 2015-ci ildə isə Rusiya şirkəti bəyan edib ki, qarşılıqlı razılaşma əsasında bu həcmi 4 milyard kumbmetrə qədər azaldacaq.
«Xaricdən qaz almaq üçün «Qazprom»un heç bir texnoloji ehtiyacı yoxdur. Amma bununla belə, qonşularımızla aramızda olan qarşılıqlı münasibətləri hesaba alaraq, biz Orta Asiyadan qaz almaqda davam edirik»-deyə, bu ilin fevralında «Qazprom»un sədr müavini Aleksandr Medvedyev bəyan edib.
AzPolitika.info


Şərhlər