Menu

Bank qarşısında ağlayan təqaüdçüyə Avstraliyadan yardım

09.07.2015, 09:37
Bank qarşısında ağlayan təqaüdçüyə Avstraliyadan yardım

Times qəzeti, bankın qarşısında ağlayan yunan təqaüdçüsünə Avstraliyadan yardım göstərildiyini bildirir.

"Səki üzərində ağlayan təqaüdçü, dünyanın başqa bir ucunda yaşayan, köhnə məktəb dostlarından birinin oğlundan kömək alacağını ağlına belə gətirə bilməzdi, - Times qəzetindəki məqalədə deyilir. - Çatzifotiadis təqaüdündən 120 avro çəkə bilmək üçün 3 bankda növbədə dursa da pulunu ala bilməmişdi”.

Yazıda deyilir ki, səkidə oturan 77 yaşlı Yorgos Çatzifotiadis şəkilləri yayımlanaraq böhranın simasına çevrilib.

Əslən yunan olan Sidneyli işadamı atasının dostunun şəkillərini gördükdən sonra ona təqaüdü ödəmək qərarına gəlib.

Bu barədə sosial şəbəkələrdə bildirən James Kufas Facebook istifadəçiləri vasitəsilə cənab Çatzifotiadislə əlaqə yaratmağa müvəffəq olub. Times qəzeti onun bazar ertəsi günü Yunanıstana yollanacağını yazır. /BBC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol