Almaniyanın nüfuzlu “Wirtshaftswoche” saytında Rusiya prezidenti Vladimir Putinin siyasətini təqdir edən məqalə dərc olunub. Məqalənin müəllifi Betina Rayt Rusiyanın gələcəkdə də güclü dövlət kimi qalacağını vurğulayır.
“Mixail Xodorkovskinin əfv olunması belə bir sual doğurmağa başlayır ki, Qərb Vladimir Putinə necə münasibət göstərməlidir. Onu ”xeyirxah” hesab etmək olarmı?”, deyə sual edən müəllif daha sonra yazır:
“Qərbdə Vladimir Putini “kiçik KQB-çi” adlandıraraq ona ikrahla yanaşırlar. Putin Yeltsin dövründən miras qalmış “donuzxana”nın yerində müstəqil və müasir Rusiya formalaşdırdı. O, bütün bunları “Rusiyanın böyük imkanları və zəif tərəfləri” ilə birgə həyata keçirib. Putin Xodorkovski kimi oliqarxlara qarşı dövlət sisteminin köməyi ilə siyası metodlardan istifadə edərək mübarizə aparırdı. Əgər məsələlərə tarixi nöqteyi nəzərdən yanaşılsa, bu cür metodlar Rusiya kimi dövlətdə çox vacib hesab olunmalıdır. Ancaq bu Qərb üçün qeyri demokratik üsul sayılır. Bir çox Amerikan prezidentlərinin demokrat olması mövcud siyasi sistemin vəziyyətindən qaynaqlanır və sistem onları demokrat edib. Lakin Rusiyada belə bir system yoxdur. Belə ölkələrdə demokratik-kapitalist dövlət yaratmaq Herakla görə olan bir məsələdir. Yuxarıdan demokratiyanı xalqa məcburən qəbul etdirmək olmaz və Rusiya kimi dövlət buna hazır da deyil.”
Bununla belə, müəllif sonda qeyri-populyar bir iddia ilə çıxış edir ki, Rusiya getdikcə güclənəcək: “İndiki halda Soçi olimpiadasını boykot etməyə çağırmaq nə müdriklikdir, nə də ki, mənəvi bir haqqdır. Bu, sadəcə olaraq axmaqlıqdır. Qəribəsi odur ki, Avropadakı qorxaq canlılar Qərbdəki anormal inkişafı öz adıyla çağırmaq əvəzinə Putinə hücum edirlər. Rusiya Qərb tərəfindən nə qədər qiymətləndirilməsə və qəbul edilməsə də, bu ölkə gələcəkdə də dünya masştablı böyük dövlət olaraq qalacaq.”
V.Nəsibov


Şərhlər