Menu

Yunanıstan məxfi informasiyaları Rusiya ilə bölüşə bilər! - NATO

09.07.2015, 12:08
Yunanıstan məxfi informasiyaları Rusiya ilə bölüşə bilər! - NATO

Xarici KİV-in yaydığı məlumata görə, NATO ehtiyatlanır ki, Yunanıstan alyansın kəşfiyyat informasiyalarını Rusiya ilə bölüşə bilər. Amerikanın «The Daily Beast» qəzetinin yazdığına görə, son dövrün prosesləri göstərir ki, Afina Rusiyanın təsir dairəsinə düşə bilər (Rosbalt).

Qəzet qeyd edir ki, hələ «soyuq müharibə» dövründən Keml NATO ölkələrində kəşfiyyat işləri aparmaq üçün Yunanıstandan fəal şəkildə pladstarm qismində istifadə edib və həmin dövrdə Moskvanın casusları Afinanın siyasi sisteminin dərinliklərinə nüfuz edib.

«SİRİZA» ölkədə hakimiyyətə gələndən sonra isə Yunanıstanda rusiyalı casusların sayı əhəmiyyətli dərəcədə artıb.

«Onlar yalnız texniki baxımdan bizim tərəfimizdədirlər» - deyə, qəzet ABŞ MKİ-nin adı açqlanmayan əməkdaşından sitat gətirir. Nəşr həm də qeyd edir ki, Amerika kəşfiyyatı heç vaxt yunun həmkarlarına axıra qədər etibar etməyib.

Xatırladaq ki, Yunanıstan üzrə yekun sazişin bağlanması cari həftənin sonuna planlaşdırılır. Bu saziş Avropa İttifaqı və avrozonanın tarixində əhəmiyyətli rol oynayacaq.

İyulun 12-də Avropa İttifaqına üzv olan 28 ölkənin liderləri «həlledici sammit» üçün Brüsseldə toplaşacaq.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol