Menu

Kaliforniyadakı azərbaycanlı icması həmsədrlərlə görüşüb

09.07.2015, 14:53
Kaliforniyadakı azərbaycanlı icması həmsədrlərlə görüşüb

ABŞ-ın Kaliforniya ştatının azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər.

APA-nın Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna istinadən verdiyi məlumata görə, görüşdə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik, rusiyalı həmsədr İqor Popov, fransalı həmsədr Pyer Andryu vəATƏT-n fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər.

Söhbət zamanı həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətindəki səyləri müzakirə edilib.

Xatırladaq ki, görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin ABŞ-a səfəri çərçivəsində baş tutub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol