Menu

Bu gün Ərdoğan tapşırıq verəcək

09.07.2015, 15:39
Bu gün Ərdoğan tapşırıq verəcək

"Bu gün Türkiyə Prezidentindən hökumətin formalaşdırılması barədə rəsmi tapşırıq gəlməlidir".

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata əsasən, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.

Qeyd edək ki, Türkiyədə parlament seçkilərinin nəticələri açıqlandıqdan sonra 45 gün ərzində koalisiya hökuməti formalaşdırılmalıdır.

Ölkədə parlament seçkiləri iyunun 7-də baş tutub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol