Menu

Dəhşətli qətllə bağlı açıqlama

09.07.2015, 15:53

qetl_qan_el_sekli_00“5 iyul səhər saat 05.00 radələrində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində 18 yaşlı Mingəçevir şəhər sakini Hadıyev Namaz Mobil oğlu qısqanclıq zəminində 17 yaşlı bacısı Hadıyeva Gövhər Mobil qızına çoxsaylı bıçaq zərbələri yetirərək qəsdən öldürüb. Sonra isə meyitin üzərinə benzin tökərək yandırıb”.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bunu Hacıqabul Rayon Prokurorluğunun böyük müstəntiqi Vüqar Məlikov deyib.

Qeyd edək ki, qətlə yetirilən G. Hadıyevanın yanmış meyiti iyulun 8-də Bakı-Qazax magistralının 83-cü kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi ilə Atbulaq kəndi arasında yolun kənarında aşkarlanıb.

Məlum olub ki, G. Hadıyeva bir il əvvəl evlərindən çıxıb, Bakıya gəlib və bir daha geri qayıtmayıb. O bir neçə gün əvvəl qardaşı ilə telefonla danışıb və ondan bağışlanmasını istəyib. G. Hadıyeva Bakıdan taksi ilə həmin əraziyə qardaşı ilə gəlib. N. Hadıyev qeyd olunan ərazidə taksidən düşərək bir az aralıda baçısını qətlə yetirib və sonra meyitin üzərinə benzin tökərək yandırıb. N. Hadıyev qətli törətdikdən sonra Bakıya gedərək polisə təslim olub.

Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayəti işi başlanıb, istintaq aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol