Bu ilin 6 ayı ərzində 417 zəhərlənmə faktı qeydə alınıb. Bunlardan 331-i qida zəhərlənməsidir.ANS TV-nin məlumatına görə, statistika göstərir ki, ötən ilin müvafiq dövrü ilə müqaisədə zəhərlənmə faktları 37,7 faiz azalsa da, hələ də nə yediyinə və necə yediyinə diqqət etməyənlər kifayət qədərdir.
“Bunlar içərisində 11 qida zəhərlənməsi hadisəsi botulizm nəticələnir. 6 ay ərzində 17 nəfər bundan zərər çəkib, bir nəfər isə dünyasını dəyişib. Hadisələrin böyük bir qismi ev şəraitində hazırlanan tor və salatlardan baş verib”, – deyə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma şöbəsinin müdiri İmran Abdullayev bildirib.
İnsanlar arasında qida zəhərlənmələri yay aylarında daha çox baş verir. Bu cur hallara daha çox ev səraitində hazırlanmış yeməklər və vaxtı keçmiş meyvə-tərəfəz səbəb olur.
Hava şəratini nəzərə almadan hazır qidalar soyuducuya yerləşdirilmir. Tez bir zamanda burada çoxalan mikroorqanzmlər həmin qidanını xarab olmasına səbəb olur. Bu cür qida ilə qidalandıqda isə zəhərlənmə qaçılmaz olur.
Qeyd edək ki, ötən il əhali arasında 1170 qida zəhərlənməsi hadisəsi baş verib. Nəticədə 1308 nəfər zərər çəkib.


Şərhlər