Menu

“Bu böyük bəla Azərbaycanda aradan qaldırılıb” - İlham Əliyev

10.07.2015, 09:22
“Bu böyük bəla Azərbaycanda aradan qaldırılıb” - İlham Əliyev

Azərbaycan o ölkələrdəndir ki, artıq aclıq tamamilə aradan qaldırılıb.

Bu sözləri “Milan Expo 2015” Ümumdünya sərgisində təşkil olunmuş “Milli gün” çərçivəsində Azərbaycan pavilyonunun rəsmi təqdimat mərasimində Azərbaycan prezidenti İlham Əliyev bildirib.

“Eyni zamanda, digər mövzular da böyük əhəmiyyət daşıyır. Onların içərisində ərzaq təhlükəsizliyi bu gün dünya gündəliyinin əsas məsələlərindən biridir. Deyə bilərəm ki, Azərbaycan bu istiqamətdə çox önəmli addımlar atıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında Azərbaycanın əldə etdiyi uğurlar qiymətləndirilir. Azərbaycan o ölkələrdəndir ki, artıq aclıq tamamilə aradan qaldırılıb. FAO-nun hesabatına görə, dünyada 29 ölkədən biri də Azərbaycandır ki, aclığın səviyyəsi iki dəfədən çox aşağı düşüb. Bu böyük bəla Azərbaycanda aradan qaldırılıb”, deyə prezident vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol