Menu

Rusiyaya xarici investisiyalar 3 dəfə azalıb! - Birinci yarmillikdə

10.07.2015, 10:41
Rusiyaya xarici investisiyalar 3 dəfə azalıb! - Birinci yarmillikdə

Rusiya KİV-nin yaydığı xəbərə görə, 2015-ci ilin birinci yarısında Rusiya Federasiyasının qeyri-bank sektoruna investisiya qoyuluşlarının həcmi 2014-cü ilin uyğun dövrü ilə müqayisədə (21,1 milyard dollar) 3 dəfə azalaraq, 6,7 milyard dollar təşkil edib. Bu, ölkənin «ödəmə balansı»nın Mərkəzi bankın saytında dərc olunmuş dəyərləndirilməsindən çıxan nəticədir (İnterfaks.ru).

2015-ci ilin ikinci rübündə birbaşa investisiyalar 4,7 milyard dollar təşkil edib ki, bu da birinci rübdə olduğundan (2 milyard dollar) 2,4 dəfə çoxdur. Ümumilikdə, 2014-cü ildə birbaşa investisiyalar 18,5 milyard dollar təşkil edib.

Rusiya Federasiyası federal idarəetmə orqanlarının öhdəliklərinə qeyri-rezidentlərin portfel investisiyalarının həcmi 2015-ci ilin birinci yarısında 7,1 milyard dollar azalıb. Bu zaman, ikinci rübdə bu rəqəm 0,6 milyard dollar artıb.

2014-cü ildə Rusiya qiymətli kağızlarına qeyri-rezidentlərin investisiyalarının həcmi bütövlükdə, 8,7 milyard dollar azalıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol