Menu

Krım işləri üzrə nazirlik ləğv olunur? - Kreml şərh etmir

10.07.2015, 14:14
Krım işləri üzrə nazirlik ləğv olunur? - Kreml şərh etmir

Rusiya KİV-nin yaydığı məlumata görə, Krım işləri üzrə nazirliyin ləğv olunması üçün fərmanın imzalanmaya hazırlandığı barədə yayılan informasiyaları Kremldə şərh etmirlər (İnterfaks.ru).

«Uyğun fərmanın dövlət başçısı tərəfindən imzalanacağı təqdirdə, biz hər zaman etdiyimiz kimi, bu barədə də məlumat verəcəyik. Əvvəlcədən hansısa bir fərmanın imzalanacağı barədə ananos vermirik» - deyə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Bundan əvvəl kütləvi informasiya vasitələri məlumat yaymışdılar ki, Krım işləri üzrə nazirliyin ləğv olunması haqqında fərman artıq hazırdır və yaxın vaxtdarda prezident tərəfindən imzalana bilər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol