Menu

“Avropanın 10-dan çox ölkəsi Ukraynaya silah verir” - Ukraynanın ABŞ-dakı səfiri

10.07.2015, 23:07
“Avropanın 10-dan çox ölkəsi Ukraynaya silah verir” - Ukraynanın ABŞ-dakı səfiri

“Avropanın 10-dan çox ölkəsi Ukraynaya silah verir”.APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın ABŞ-dakı səfiri Valeri Çalıy bildirib.

“Biz silah əldə edirik, ö cümlədən letal silahları. Və heç kim bunu müstəqil Ukraynaya qadağan edə bilməz. Başqa məsələdir ki, adətən dövlətlərin adları açıqlanmır. Lakin deyə bilərəm ki, tək Avropadan belə ölkələrin sayı 10-dan çoxdur”, deyə Valeri Çalıy bildirib.

Səfirin sözlərinə, ABŞ Ukraynaya silah verilməsini dəstəkləyir: “ABŞ hazırda Ukraynaya zirehli texnika, hərbi rabitə vasitələri, gecə görmə cihazları, radarlar, tibbi avadanlıq verir, kosmik kəşfiyyat məlumatları ilə bölüşür”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol