Menu

Artur Rasizadədən turizm şirkətləri ilə bağlı - QƏRAR

11.07.2015, 10:21
Artur Rasizadədən turizm şirkətləri ilə bağlı - QƏRAR

Baş nazir Artur Rasizadə “Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi haqqında” qaydaları təsdiq edib.

Bu qayda turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin Mədəniyyət və Turizm Nazirliyində akkreditasiyadan keçməsi qaydasını müəyyən edir.

Qeyd edək ki, turizm fəaliyyətinə verilmiş xüsusi razılıq (lisenziya) əsasında 1 ildən az olmayaraq fəaliyyət göstərən turizm şirkətləri akkreditasiyadan keçmək üçün müraciət etmək hüququna malikdirlər.

Xatırladaq ki, akkreditasiya qaydaları haqqında bu linkdən tanış olmaq olar:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol