Menu

Azərbaycanda Formula-1-in Qran-Pri-si iyulun 17-də keçiriləcək

11.07.2015, 10:26
Azərbaycanda Formula-1-in Qran-Pri-si iyulun 17-də keçiriləcək

FİA (Beynəlxalq Avtomobil Federasiyası) 2016-cı il mövsümü üçün Formula-1 təqvimini təsdiqləyib.

Oxu.az xarici KİV-ə istinadən xəbər verir ki, gələn il çempionat ilk dəfə olaraq 21 mərhələdən ibarət olacaq.

2016-cı ildə aprelin ilk günlərində başlayacaq mövsüm Avstraliyanın Melburnunda keçiriləcək.

Digər ciddi dəyişikliklərdən Rusiya Qran-Prisi oktyabrda deyil, mayda keçiriləcək, Malayziya Qran-Prisi isə sentyabrın sonuna təyin edilib. 2016-cı ilin mövsümü çərçivəsində Formula-1 Qran-Prisi Azərbaycanda iyulun 17-də keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol