Menu

İtaliyanın Qahirədəki konsulluğu yaxınlığında partlayış

11.07.2015, 11:40
İtaliyanın Qahirədəki konsulluğu yaxınlığında partlayış

İtaliyanın Qahirədəki konsulluğu yaxınlığında baş vermiş partlayış nəticəsində beş nəfər xəsarət alıb.

Oxu.az xarici KİV-ə istinadla xəbər verir ki, konsulluq yaxınlığında olan iki polis nəfəri və yaxınlıqda olan üç nəfər yaralanıb.

Bundan başqa, partlayış nəticəsində binanın fasadı dağılıb.

Öncə verilən məlumata əsasən, şəhərin mərkəzində konsulluğun binasının qarşısında partlayıcı qurğunun olduğu maşın partlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol