Menu

"Azadlıq meydanında əsas "pitstop" və ikimərtəbəli bina tikiləcək" - Nazir

11.07.2015, 12:16
"Azadlıq meydanında əsas "pitstop" və ikimərtəbəli bina tikiləcək" - Nazir

"Gələn ilin mart-aprel ayında Bakının bəzi küçələrində asfalt örtüyünün dəyişdirilməsi planlaşdırılır"

“Formula-1" yarışı paytaxtda keçiriləcək, bunun üçün şərait yaradılmalıdır. Gələn ilin mart-aprel ayında bəzi küçələrdə asfalt örtüyünün dəyişdirilməsi planlaşdırılır. Bütün kanalizasiya qapaqları da bərkidilməlidir”.

APA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, bu yaxınlarda Azadlıq meydanında əsas "pitstop" və ikimərtəbəli bina tikiləcək: “Komandalar, maşınlar gəlməlidir. Bu istiqamətdə də işlər aparılır. Düşünürəm ki, işlərin gedişində hər hansı gecikmə yoxdur”.

A. Rəhimov qeyd edib ki, Formula-1 yarışının keçirilməsi ilə bağlı hazırda bütün texniki məsələlər həyata keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol