Menu

Xəstə aparan təcili yardım maşını qəzaya düşdü: iki yaralı

11.07.2015, 12:43
Xəstə aparan təcili yardım maşını qəzaya düşdü: iki yaralı

Mingəçevir şəhərində xəstəxanaya xəstə aparan təcili yardım avtomobili qəzaya düşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər şəhərin Günəşli yaşayış massivində qeydə alınıb.

Mingəçevir şəhər sakini Əlfi Şükürovun idarə etdiyi, Mingəçevir şəhər Təcili Tibbi Yardım stansiyasına məxsus 90-JX-689 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil qarşı tərəfdən gələn 99-AM-835 dövlət nömrə nişanlı, “Mitsubishi” markalı minik avtomobili ilə toqquşub.

Hadisə zamanı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılan xəstə, 1979-cu il təvəllüdlü Paşayeva Nadirə Fadil qızı və onun yanındakı qohumu, 1960-cı il təvəllüdlü Kərimov Mahir Alməmməd oğlu xəsarət alıb.

Qeyd edək ki, xəstəxanaya aparılan Nadirə Paşayeva sulfat turşusu içərək zəhərləndiyi üçün xəstəxanaya aparılırmış.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol