Menu

Azərbaycanın məscidlərində Süleyman Dəmirələ yas tutuldu

11.07.2015, 13:38
Azərbaycanın məscidlərində Süleyman Dəmirələ yas tutuldu

İyulun 10-da Azərbaycanın məscidlərində, habelə Gürcüstan və Dərbənddəki məscidlərdə Cümə xütbələrində qardaş Türkiyə xalqının tanınmış dövlət xadimi, dünya şöhrətli şəxsiyyət - Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəlin xatirəsi anılıb, onun ruhuna Allahdan rəhmət dilənmiş, dualar oxunub.

Modern.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin tövsiyəsi ilə axund və imamlar hər zaman millətinə və dövlətinə sədaqət və şərəflə xidmət etmiş Süleyman Dəmirəlin xatirəsinin qəlblərdə, müsəlmanların xatirəsində yaşayacağını vurğulayıblar.

Moizələrdə “Bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycanın rəhbərləri - Süleyman Dəmirəllə Heydər Əliyev arasında olan səmimi dostluq, əsl qardaşlıq münasibətlərinin xüsusi önəm kəsb etdiyi vurğulanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol